AAAF Parkda kukla tamaşası keçirilib

AAAF Park Yaşayış Kompleksində balacalar üçün təşkil olunmuş kukla tamaşası keçirilib. “AYF” prodakşnın hazırladığı tamaşa maraqlı və əyləncə dolu məqamlarla yadda qalıb. Dostluqda sədaqət, mehribanlıq, qarşılıqlı hörmət və sevgi mövzularına həsr olunmuş kukla tamaşası zamanı şeirlər səslənib, mahnılar ifa olunub. Balacaların maraqla izlədiyi hissə isə kuklaların rəqsi olub. Bir saatdan artıq davam edən tamaşa izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.

SHARE