AAAF Parkda kotteclər sərfəli qiymətlərlə xidmətinizdə

AAAF Park Yaşayış Kompleksində kottec tipli otellər üçün inanılmaz təklif var. Həftə içi 1 nəfər üçün 19, həftə sonu isə 23 manat ödəməklə “Tuado” otellər şəbəkəsinə daxil olan kotteclərdə xoş yay istirahəti yaşaya bilərsiniz. Üstəlik, “Zirvə” restoranında səhər, nahar və canlı musiqi sədaları altında şam yeməyi də ödənişə daxildir.

Kotteclər istirahət üçün əlverişli şəraitlə təmin olunub. Sakit təbiət, təmiz hava, hər cür rahatlığa malik kotteclər, əyləncə mərkəzləri, fitness, spa və əlavə xidmətlərdə istifadə yay istirahətinizi rəngarəng edəcək. Ailələlər üçün yaradılmış fürsətlər bununla bitmir. Bir gün üçün ödəniş məbləği bonus şəklində yenidən müştərinin kartına yüklənəcək. Bonus yükləndiyi gün AAAF Parkın Uşaq Əyləncə mərkəzlərindəki attraksionlarda, 7D sinemada, buz meydançasında və fitnessdə istifadə oluna bilər. Yayı ailənizlə AAAF Parkda keçirin, istirahətinizə əyləncə qatın. Kampaniyadan yararlanmağa tələsin.

Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, AAAF Park Yaşayış Kompleksi
Əlaqə nomrələri: *64 64, (012) 310 0 410

SHARE