AAAF Parkda “Kids Club” Tədris Mərkəzi açılışını etdi

 

AAAF Park Yaşayış Kompleksində “Kİds Club” Tədris Mərkəzinin açılışı olub. Əvvəlcə açılış münasibətilə bədii hissə gerçəkləşib. Daha sonra açılışı bildirən qırmızı lent kəsilib. Mərasimə toplaşanlar “Kİds Club”da yaradılan şəraitlə tanış olublar. Ardıyca tədris mərkəzi üzvlərinin və qonaqların iştirakı ilə tort kəsilib, mərkəzin fəaliyyətinə uğurlar arzu ediblər.

Açılışını edən Kids Club artıq bir çox xidmətləri ilə müştərilərinin yolunu gözləyir. Bu mərkəzdə məntiq və riyaziyyat dərsləri, poliqlot, rəsm, rəqs, bədii gimnastika kursları fəaliyyət göstərəcək. Bundan başqa, burada aylıq sınaq imtahanları, fənn və məktəbəqədər hazırlıqlar da olacaq.

 

Mərkəzin fəaliyyəti təkcə bunlarla bitməyəcək. Burada dayə xidməti də göstəriləcək.

 

“Kİds Club” Tədris Mərkəzində psixoloq və loqoped xidmətləri də mövcuddur.

 

Həftənin 7 günü saat 09:00-dan 18:00-a kimi xidmətinizdə olacaq “Kİds Club” Tədris Mərkəzi AAAF Park Yaşayış Kompleksindəki 11 saylı küçədə yerləşir. Ətraflı məlumat üçün (070) 352-13-52 və (070) 814-57-19 saylı nömrələrlə əlaqə saxlaya bilərsiniz.

 

 

SHARE