AAAF Parkda kənd məhsulları yarmarkası keçiriləcək!

Hörmətli sakinlər və Kompleksimizin qonaqları!

AAAF Park Yaşayış Kompleksi sizin rahatlığınızı düşünərək yeni bir addım atır. Bundan sonra hər həftənin şənbə (6-cı) günləri 11 saylı küçədə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçiriləcək. Qiymətlər çox münasib, bazar qiymətlərindən təxminən 20-30 % aşağı olacaqdır.

Keyfiyyətli məhsulları cibinizə uyğun qiymətə əldə etmək imkanı qazanacaqsınız. Daha uzağa getməyə ehtiyac olmayacaq. Elə AAAF Parkda olmaq yetərlidir.

Sizi hər həftənin şənbə günlərində 11 saylı küçədə təşkil olunacaq yarmarkaya dəvət edirik.
Təşkilatçılar “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti və AAAF Park Yaşayış Kompleksidir.

 

SHARE