AAAF Parkda kənd həyatını hiss edin!

Kəndlər adətən təbiətlə harmoniyanın unikal nümunəsidir. Bunu əsas götürsək, məhz AAAF Parkı kiçik bir kəndə bənzətmək olar. Burada kənd həyatını xatırladan yalnız arabalar, münbit şərait, hava, yaşıllıq, bitki örtüyü deyil, təndir çörəyinin ətri, su quyusu da insanda nostalji hisslər yaradır.

Bir çox yerdən gətirilən ev və çöl quşları üçün də şərait yaradılıb. AAAF Park təbiətin ən vacib ünsürü olan heyvanları da buranın bir parçası kimi saxlayıb.

Buradaki ceyran, meymun, timsah və başqa heyvan maketləri insanlara əsl təbiət ab-havası yaşadır. Sonda şəhərdə kənd həyatını hiss etmək istəyən hər bir kəs yolunu AAAF Parkdan salsın…

SHARE