AAAF Parkda karate üzrə “Zirvə Kuboku” yekunlaşdı

AAAF Park Yaşayış Kompleksinin yarış zalındakarate üzrə Ənənəvi Açıq “Zirvə Kuboku” baş tutub. Əvvəlcə yarışın açılışmərasimi reallaşıb. Mərasimdə “Zirvə” Beynəlxalq İdman Klublarının prezidentiTofiq Heydərov və Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov daiştirak edib. Əvvəlcə söz “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti TofiqHeydərovə verilib. O qeyd edib ki, “Zirvə” Bİk hər zaman bütün idman növlərinəmaksimum dəstək verib, onlara ən yaxşı şərait yaradıb.

Yaşar Bəşirov da açılış mərasimində söz alaraq ölkədə idmana göstərilən diqqət və qayğıdan danışdı, ənənəvi Açıq “Zirvə Kuboku”nda iştirak edən idmançılara uğurlar arzuladı.

Azərbaycan Respublikası Dövlət Himninin səslənməsindən sonar yarış start götürdü. Böyük marağa səbəb olan və yüksək təşkilatçılıqla müşayiət olunan turnirdə ölkənin ən güclü klub və komandalarını təmsil edən uşaqlar, yeniyetmələr və gənclər müxtəlif çəki dərəcələrində çıxış etdilər. Ümumilikdə isə, yarışda 15 klubdan 200-ə yaxın karateçi qüvvəsini sınadı.

Yarışda “Zirvə” BİK-in təmsilçiləri uğurlu nəticələrlə yadda qalıblar. Komandamızın üzvləri gözəl çıxış edərək çox sayda medal əldə ediblər.

Qeyd edək ki, turnirdə “Zirvə” komanda hesabında 2-ci yeri tutmağı bacarıb. 1-ci yerə “Qara Qaplan”, 3-cü yerə isə “Gəncə” layiq görülüb.

SHARE