AAAF Park Yaşayış Kompleksində döyüş növlərinin daha birinin tədrisinə start verilib. Böyük tarix və populyarlığa malik, Tokioda keçiriləcək 2020-ci il Yay Olimpiya Oyunlarında olacaq karate idman növü üzrə dərslər artıq bizdə də olacaq. Bu çox gözəl imkandan yararlanmaq sizin ixtiyarınızdadır.
Karatenin WKF versiyası üzrə I Dan qara kəmər ustasə, Dünya çempionu və dünya kubokunun sahibi Rüstəm Əkbərov AAAF Park Yaşayış Kompleksində bu idman növünün sirlərini hər kəslə bölüşəcək.
Həftənin tək günləri – saat 19:00 – 20:30, cüt günləri isə saat 17:00 – 18:30 arası dərslər keçiləcək.
Peşəkar mütəxəssisin məşqlərində iştirak etmək şansını qaçırmayın!
Əlaqə üçün telefon: 055 546 98 48, 051 619 81 65