AAAF Parkda “Kanon” Tibb Mərkəzi fəaliyyətə başladı

AAAf Park Yaşayış Kompleksində yeni – “Kanon” Tibb Mərkəzi fəaliyyətə başlayıb. Avqustun 20-də mərkəzin rəsmi açılış mərasimi keçirilib. Qırmızı lent kəsiləndən sonra qonaqlar mərkəzlə yaxından tanış olublar.

“Kanon” Tibb Mərkəzində terapevt, endokrinoloq, stomatoloq, ginekoloq, kardioloq, uroloq, kosmetoloq, nevropatoloq, pediatr və s. ixtisaslar üzrə peşəkar həkimlər fəaliyyət göstərirlər. Rentgen və ultrasəs diaqnostika mövcuddur. Klinikada ən müasir avadanlıqlarla təchiz olunmuş, 1000-dən artıq çeşiddə analiz etmək imkanına malik laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyada müxtəlif biokimyəvi, hormonal, immunoloji müayinələr dünyaca məşhur ROCHE, SYSMEX, STAGO brendlərinə məxsus avtomat analizatorlarda icra olunur ki, bu da ən qısa zamanda, ən dəqiq nəticələr əldə etməyə imkan verir.

Klinikaya gələrkən sizi gülərüz və peşəkar personalın qarşılayacağına əmin ola bilərsiniz.

Kanon Tibb Mərkəzi sizə doğmalarınız qədər yaxındır!

Əlaqə telefonu: (012) 525-12-60 // (012) 525-12-70

SHARE