AAAF Parkda istedadlı əlillər üçün ənənəvi tədbir təşkil olundu

“İstedadlı Əlillər İctimai Birliyi”nin Abşeron rayon filialının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və AAAF Park Yaşayış Kompleksinin dəstəyi ilə Kompleksimizdə fiziki məhdudiyyətli, istedadlı əlillərin əl işlərindən ibarət ənənəvi satış sərgisi təşkil edilib. Axşam saatlarında isə konsert keçirilərək həm layihə iştirakçıları, həm də qonaqlara müsbət xoş əhval-ruhiyyə bəxş edilib.
Sərgi zamanı fiziki məhdudiyyətli şəxslərin əl işləri Parkın girişində xüsusi masalarda qoyulaaq təqdime dilib. Yüzlərlə sakin və qonaqlar gün ərzində yaxınlaşaraq məhsullarla maraqlanıb, alış-veriş ediblər. Satışa çıxarılan malların keyfiyyəti, özünəməxsus şəkildə hazırlanması, gözoxşayan olması alıcılaın diqqətini çəkib və rəğbət qazanıb. Bu satış sərgisinin təşkilində məqsəd istedadlı əlillərin aşkarlanıb üzə çıxarılması və onların maddi rifahının yaxşılaşdırılmasına dəstək olmaqdır.
AAAF Park Yaşayış Kompleksi hər il bu cür sərgilər təşkil edərək fiziki imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasını sürətləndirmək üçün laızmi addımlar atır və bundan sonrakı dövrlərdə də bu fəaliyyəti davam etdirmək niyyətindədir.

SHARE