“AAAF Park”da ilk “Bilik günü” bayramı!

“AAAF Park” daha bir yenilik edərək “Bilik bayramı”na qoşulur. Sentyabrın 14-ü saat 17:00-da Yaşayış Kompleksimizdə ilk dəfə 2014-15-ci tədris ilinin başlaması və “Bilik Günü” münasibətilə xeyriyyə konserti təşkil olunacaqdır.

“Zirvə” Ziyalılar Təşkilatı, “Zəka və Ülviyyət” Maarifləndirmə İctimai Birliyinin, “Zəka və Ülviyyət” jurnalının birgə hazırladığı və AAAF Park Yaşayış Kompleksinin də dəstək verdiyi “İşıqlı zəka yolu” adlı bu tədbirdə görkəmli ziyalılar, tanınmış mədəniyyət və incəsənət nümayəndələri istirak edəcəklər.

“AAAF Park Yaşayış Kompleksi”nin böyük parkında baş tutacaq konsertdə rayonun aztəminatlı, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçıları və fiziki qüsurlu olan digər imkansiz ailələrin övladlarına məktəbli hədiyyələri veriləcək, bilik və istedadı üzə çıxaran kiçik müsabiqələr, viktorinalar həyata keçiriləcək. Bir sıra qabaqcıl təhsil işçiləri, xeyriyyəçi insanlar “Zirvə” Ziyalılar Təşkilatı tərəfindən mükafatlandırılacaqdır.

Hər kəsi bu bayram konsertinə qoşulmağa dəvət edirik. Yeni dərs iliniz mübarək!

SHARE