AAAF Parkda “Günəş çarxı” yeniləndi

AAAF Parkın əyləncələri sırasında özünəməxsus yeri olan “Günəş çarxı” uşaqdan-böyüyə hər kəsə həyəcanlı dəqiqələr yaşadır. Attraksionda təmir-bərpa işləri görülüb, daha əyləncəli formada – göy qurşağının rənglərinə boyanaraq müştərilərin istifadəsinə verilib. Qiymətlər isə kifayət qədər sərfəlidir.

Attraksiondan istifadə edərkən müştəri məlumatlandırılır, təhlükəsizlik qaydalarına əməl olunur. Qeyd edək ki, valideynsiz azyaşlılar, urəyi zəif olanlar və hamilə qadınlar attraksiondan istifadəyə buraxılmır. Siz də AAAF Parka gələrək rəngarəng “Günəş çarxı”nda sevincinizə sevinc qatın.

SHARE