AAAF Parkda gücləndirilmiş iş rejimi

İnşaat sektoruna damğasını vuran AAAF İnşaat MMC-yə məxsus “AAAF Park Yaşayış Kompleksi”ndə tikinti işləri sürətlə davam edir. Yay mövsümünün gəlməsi ilə əlaqədar olaraq kompleksdə aparılan tikinti işləri daha da sürətlənib. Bununla əlaqəli yeni işçi heyəti cəlb edilib. A və B komplekslərində işlərin əksər hissəsi görülüb, binalar su ilə təmin olunub və son yekunlaşma işləri görülür. Kompleksdə 25, 26 və 17 saylı küçələrdə yerləşən binalarda da işlər sürətlə davam edir və Sentyabrın əvvəlinə yekunlaşması planlaşdırılır. Sayca 5-ci olan 1000 m³-luq su hövzəsinin tikintisi yaxın günlərdə başa çatacaq Bundan başqa 24 saylı küçədə yerləşən binalar liftlə təmin olunub. 13 saylı küçəyə isə tezliklə asfalt örtüyü çəkiləcək.

Daha ətraflı aşağıdakı videosujetdə tanış olun…

SHARE