AAAF Parkda “Gecikmiş etiraf” kitabı təqdim olundu

Xalq Artisti Flora xanım Kərimova sevənlərinin görüşünə gəldi.
Sentyabr ayının 19-u “AAAF Park” Yaşayış Kompleksinin dəstəyi, “İstedadlı Əlillər” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Etibar Həsənzadənin “Gecikmiş etiraf” kitabının təqdimat mərasimi və “İstedadlı Əlillər” İctimai Birliyinin “Fiziki məhdud insanların cəmiyyətə inteqrasiyasına dəstək” adlı layihəsi çərçivəsində görülən işlərin yekun hesabat konfransı təşkil olundu.
Tədbiri giriş sözü ilə birliyin sədri Cavad Qasımov açaraq bildirdi ki, həyata keçirilmiş layhənin məqsədi əlilliyi olan insanların cəmiyyətdə aktiv olması, onların ictimayyətə təqdim olunması və tanıdılmasıdır.
Tədbirdə əlilliyi olan insanlar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdürü Ömər Abdullayev, Azərbaycan Milli Paralimpiya Komtəsinin vitse-Prezidenti Şaiq Həmidov, Əlil Təşkilatları İttifaqının Prezidenti Davud Rəhimli, yazıçılar, şairlər, ziyalılar, dövlət adamları iştirak etdilər. Tədbir dəvət olunan fəxri qonaqların çıxışından sonra Xalq Artisti Flora xanım Kərimovanın, Samir Salamın və digər müğənlilərin ifasında musiqi proqramı ilə davam etdi.

SHARE