AAAF Parkda futbol turniri keçirilib

AAAF Park Yaşayış Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan futbol turniri keçirilib. AAAF Park Xırdalanın təşkilatçılığı ilə baş tutan turnirdə 3 komanda – Sumqayıtın “Məhəllə uşaqları”, Bakının “Vətən” və Xırdalanın “Zirvə” komandaları iştirak edib. Yarışda komandalar dairəvi sistem üzrə mübarizə aparıblar.  Olduqca maraqlı mübarizə şəraitində keçən turnirdə Sumqayıtın “Məhəllə uşaqları” komandası I, Bakının “Vətən” komandası II və Xırdalanın “Zirvə” komandası III yeri tutub. Qalib gələnlərə kubok, medal və diplomlar təqdim olunub.

 

SHARE