AAAF Parkda futbol məşqləri davam edir

AAAF Park Yaşayış Kompleksində futbol məşqləri davam etməkdədir. Aprelin əvvəlindən startı verilən məşqləri “C” lisenziyalı məşqçi Arzu Nəsibov keçir. Bu müddət ərzində 20-ə yaxın uşaq cəlb olunub. Arzu Nəsibov AAAF TV-yə verdiyi müsahibədə AAAF Parkda futbol məşqləri üçün hər bir şəraitin olduğunu diqqətə çatdırdı və yeni mövsümdən AFFA bayrağı altında keçirilən iki yaş qrupu üzrə ölkə çempionatında iştirak edəcəklərini bildirdi.

Qeyd edək ki, məşqlər həftədə 3 dəfə keçirilir və bu məşqlərdə 7-14 yaş arası uşaqlar iştirak edir.

Xidmət ödənişlidir. AAAF Park sakinlərinə 50 % endirim nəzərə tutulub.

SHARE