AAAF Park Yaşayış Kompleksində təcrübəli mütəxəssislərin futbol məşqlərinə start verilib. Uşaqlarınızın sağlam böyüməsi, kollektivçilik, komanda ruhunun formalaşdırılması və inkişafı, ən nəhayət, gələcəkdə futbolçu olmaq şansını qaçırmayın. Kompleksimizdə ağır atletika, cüdo, gimnastika, şahmat və digər idman növlərinin tədrisi üçün ən yaxşı şərait yaradılıb. Dünyanın ən populyar idman növü olan futbol da bunların içərisindədir. Bu imkan qaçmaz!
Dərslərə aprel ayının 4-dən start veriləcək. Həftədə 3 (üç) dəfə – 2, 4 və 5-ci günlər saat 18:00-da başlayacaq məşqləri “C” lisenziyalı məşqçi Arzu Nəsibov keçəcək. Məşqlər 7-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub.
Xidmət ödənişlidir. AAAF Park sakinlərinə 50 % endirim nəzərə tutulub.
Əlaqə nömrəsi: (050) 256-62-02
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions