AAAF Parkda faytonlar

Faytonlar AAAF Parka xüsusi gözəllik verir. Parkımızı ziyarət edən qonaqlar faytonda çay içərkən özlərini sanki keçmişə qayıtmış kimi hiss edirlər.

Fayton — minik məqsədilə hazırlanmış cütatlı qədim nəqliyyat vasitəsi olub, XIX əsərdə müasir minik avtomobillərini əvəz edirdi. Rahat nəqliyyat növü olduğu üçün ölkəmizdə ondan son zamanlara qədər istifadə olunmuşdur. Şəhər nəqliyyatı hesab olunan fayton bir çox rütbəli adamlar tərəfindən kənd yerlərində işlədilmişdir.

AAAF Parkın imicinə sanki bir uygunluq qatan bu faytonlar kənd həyatı ilə şəhər həyatının vəhdəti kimi simvolizə olunur.

Gəlin, siz də bu gözəlliyin şahidi olun.

SHARE