AAAF Parkda “Elmar” marketin açılışı oldu

 

AAAF Park ərazisindəki 11 saylı küçədə “Elmar” marketin açılışı olub. Açılış mərasiminə AAAF Park rəsmiləri və digər qonaqlar qatılıb. Lent kəsildikdən sonra market müştərilərin istifadəsinə verilib. Açılış mərasiminə qatılanlar marketin fəaliyyətinə uğurlar arzu ediblər, açılış münasibətilə tort kəsilib.

Marketin ilk günü bol müştəri ilə də diqqət çəkib. İnsanlar ərzaqların qiymətlərinin münasib olmasını, açılış günündə çörəyin pulsuz müştərilərə verilməsini müsbət qarşılayıblar.

Qeyd edək ki, “Elmar” marketlər şəbəkəsi Paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərir. AAAF Parkda açılan market isə sayca 22-cidir.

SHARE