“AAAF Park”da əlil və əqli cəhətdən qüsurlu uşaqlara Qurban bayramı sevinci

“AAAF Park Yaşayış Kompleksi” həmişə müxtəlif layihələri həyata keçirməsi ilə fərqlənib. Bunların içərisində idman, ictimai, əyləncə ilə yanaşı, sosial istiqamətdə olanları da az deyil. Ənənəmizə sadiq qalaraq bu dəfə də uşaqlar üçün xoş bir gün keçirməyi lazım bildik. Ancaq adi yox, əlil və əqli cəhətdən zəif olanlarına.

Böyük insanlar başlarına gələn hadisələr nəticəsində aldıqları mənəvi və fiziki zədənin öhdəsindən az-çox gələ bilirlər. Ancaq bu uşaq yaşlarında baş verəndə durum dəyişir və çox çətin olur. Əlil və əqli cəhətdən zəif inkişaf etmiş balacaların normal cəmiyyətə inteqrasiyası vacib işdir və böyük rola malikdir. Biz də AAAF Park olaraq bu istiqamətdəki addımlarımızı davam etdiririk.

Oktyabrın 6-da Qaradağ rayonundakı “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin dəstək verdiyi və Abşeron rayonu Saray qəsəbəsində yerləşən 7 saylı internatın əlil və əqli cəhətdən zəif inkişaf etmiş təxminən 40-dan artıq uşaqları Kompleksimizin qonağı oldular. Şirkətimiz tərəfindən onlara istədikləri yemək, içmək verildi. Uşaq Əyləncə Mərkəzimizdəki bütün oyun aparatlardan pulsuz istifadə edən uşaqların sevincini görməyə dəyərdi. Daha sonra onlar klounla əylənmək, şən vaxt keçirmək, doyunca musiqi dinləmək, rəqs etmək imkanı əldə etdilər. Foto və videoçəkilişlə müşayiət olunan tədbirin sonunda hər uşağa AAAF Park tərəfindən xatirə hədiyyələri təqdim olundu.

Əqli və fiziki cəhətdən qüsuru olan bu uşaqların məhz Qurban bayramında Kompleksimizdə maraqlı, xoş bir gün keçirməsi ürəkaçan mənzərə oldu. Bu uşaqların hər biri ilə ünsiyyətdə olmaq, onların bir gününün belə xoş keçirməsi üçün çəkdiymiz zəhmət bizə də mənəvi rahatlıq gətirdi. Onları sevindirmək, dəstək olmaq hər birimizin borcudur.
AAAF Park Yaşayış Kompleksi olaraq sevgi vә qayğıya ehtiyacı olan insanlarla belə tәdbirlәr keçirməyi hər zaman davam etdirәcәyik.

SHARE