AAAF Parkda ədəbi-bədii gecə keçirilib

Ötən həftə AAAF Parkda fəvvarə ətrafında ədəbi–bədii gecə təşkil edilib, Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinin yazıçı, şair və jurnalist kollektivi əsas iştirakçılar sırasında olub.

Aparıcılar – yazıçı-publisist Şəhla Ağbulud və aktyor Nadir Xasıyevin təqdimatı ilə tədbir açıq elan olunub, bir çox qələm sahibləri fəxri fərmanlarla təltif edilib. Konsert Nadir Xasıyev, xanəndə Təyyar Mirzəyev və sənətçi İlham Əsgəroğlu və digər nəğməli qonaqların ifaları ilə davam edib. Tədbirin davamında şairlər və yazıçılar müxtəlif nitqlər və şeirlər səsləndirərək gecənin axarına maraq qatıb. Bundan əlavə, Həsən Cəbrayılovun ifasında parodiyalar da izləyici gülüşünə səbəb olub. Gecənin aparıcıları AAAF Parkda keçirilən gecə barədə təəssüratlarını AAAF TV vasitəsilə çatdırıb.

Tədbirin ən diqqətçəkən hissəsi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” tamaşasından səhnəcik olub. Telli və Vəli obrazlarını canlandıran aktyorlar ürək sözlərini AAAF TV ilə bölüşüb.

Canlı ifalar, maraqlı şeirlərlə yadda qalan gecə 2 saatdan artıq davam edib. AAAF Park Yaşayış Kompleksində belə tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

SHARE