AAAF Parkda “Dalğa” balıq restoranı istifadəyə verildi

AAAF Park Yaşayış Kompleksində daha bir məkan – “Dalğa” balıq restoranı istifadəyə verildi. Maraqlı dizayna malik olan bu restoranın görünüşü qayaya girən gəmini xatırladır. Belə ki, süni yaradılmış gölün içərisində gəmi çox maraqlı görsənir. Yemək masaları fərqli formatda hazırlanıb. Onların hər birinin altında canlı balıqlar üzən akvarium var. Kiçik şəlalə, daha bir böyük – içərisində canlı, ancaq bir qədər kiçik olan akulalar olan akvarium da məkana rəng qatır.

İki mərtəbəsi olan gəminin 1-ci mərtəbəsində 40-50 nəfər, 2-ci mərtəbə 100, gəminin göyərtəsində – açıq məkanda isə 40 nəfərlik yerlər mövcuddur. Məkan həmçinin ad günü və digər ziyafətlər üçün də ideal yerdir.

“Dalğa” restoranında 10-dan artıq çeşiddə balıq məhsullarından hazırlanan yeməklər təklif olunur. İstər okean, istərsə də Xəzər dənizinin nemətlərindən dadmaq istəyənlər bura üz tuta bilərlər.
“Dalğa” restoranında sizi yüksək səviyyəli xidmət gözləyir. Peşəkar aşpazların böyük həssaslıqla hazırladığı yeməklər həm cibinizə uyğun olacaq, həm də keyfiyyətindən razı qalacaqsınız.

“Dalğa” rstoranı hər gün səhər saat 09:00-dan gecə saat 00:00-dək sizlərin ixtiyarınızdadır.

Hər kəsi “Dalğa” restoranında səbirsizliklə gözləyirik!

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) To use 'Page Public Content Access', your use of this endpoint must be reviewed and approved by Facebook. To submit this 'Page Public Content Access' feature for review please read our documentation on reviewable features: https://developers.facebook.com/docs/apps/review.
SHARE