Ötən həftə AAAF Park əməkdaşları daha bir iməcilik keçirib. 1, 2, 4 və 22 saylı küçələrdə, eyni zamanda, A kompleksində aparılan təmizlik və abadlaşdırma işləri bir neçə saat davam edib. Qeyd edilən yaşayış sahələrində ağac və kolluqlar qaydaya salınıb, ərazidə səliqə yaradılıb, binaların girişi və bloklar tullantılardan, yeni istifadəyə veriləcək binaların həyətləri tikinti qalıqlarından təmizlənib.
İməcilikdə AAAF Media, AAAF Park Satış Mərkəzi¸ Sakinlərə Xidmət Departamenti, “Zirvə” restoranı, “Limuland” və “Limuforest” əyləncə mərkəzi, “Tuado” otelləri və AAAF Parkın mühafizə sisteminin işçiləri iştirak edib.
Xatırladaq ki, bu, AAAF Holdinq əməkdaşlarının ikinci təşəbbüsüdür. Növbəti həftələrdə də AAAF Park Yaşayış Kompleksində iməcilik keçirilməsi nəzərdə tutulub.