AAAF Park Yaşayış Kompleksində “Concept” mağazasının açılışı oldu. Açılışı bildirən qırmızı lent və tort kəsildikdən sonra qonaqlar mağazanı gəzdilər.
İki mərtəbədən ibarət olan mağazada kişi, qadın, uşaq və idman geyimləri, o cümlədən çanta və ayaqqabılar münasib qiymətlərlə müştərilərə təklif olunur. Bundan əlavə, burada siz parfümeriya və bijüteriya malları, həmçinin məişət avadanlıqları da əldə edə bilərsiniz.
Mağaza hər gün səhər saat 09:00-dan axşam saat 22:00-a kimi müştərilərin ixtiyarındadır.
Bol çeşid və zövqlü geyim arzusunda olanlar, yolunu “Concept” mağazasından salsın.
Ünvan: Xırdalan şəh., H.Əliyev pr.,167. AAAF Park Yaşayış Kompleksi
Tel: (050) 899 72 28 ; (055) 296 72 28