“AAAF Park”da canlılar aləmi

Azərbaycan Respublikasının rəngarəng iqlim qurşağı burada canlı aləmin yaşaması üçün gözəl mühit yaradıb. Bu çeşidlilik, gözəllik “AAAF Park Yaşayış Kompleksi”nin parkında da hiss edilir. Burada bir-birindən maraqlı, göz oxşayan məkanlarla yanaşı, canlı aləm də xüsusi diqqət cəlb edir. Parkımıza gələn qonaqlar heyvanların yanında uşaqları ilə birgə şəkil çəkdirir, gözəl xatirələr əldə edirlər. AAAF Parkda ağ göyərçinlər, tovuzquşuları, dəvə , gümüşü, sarı, qızılı, almazı qırvovul, bildirçin, tutuquşu, xınalı kəklik, mandalin və karolin ördəkləri , ağ və qara qu quşları da vardır.

“AAAF Park”a gələn hər kəs bu fürsətdən faydalanır. Canlı ünsiyyət həmişə fərqli məna daşıyıb və böyük məna kəsb edib. Ağ göyərçinlərə baxdıqca insanın ruhu dincəlir, tovuzquşular öz lələkləri ilə xoş bir mənzərə yaradır, dəvələr bizi sanki keçmişə aparır. Canlı heyvanları müşahidə etmək azyaşlılara daha çox sevinc bəxş edir.

Siz də sevdiklərinizlə gəlin, bu hissləri yaşayın.

SHARE