AAAF Parkda binaların qazla təmini sürətlənib

AAAF Park Yaşayış Kompleksində yerləşən 1, 2, 3 və 21 saylı küçələrdə yaşayış binalarının qazlaşdırma prosesi yekunlaşıb. Belə ki, adıçəkilən binalarda qaz sayğacları quraşdırılıb, qaz boruları yoxlanılıb, 22 saylı küçədə isə bu proses davam edir. Növbəti günlərdə 24 saylı küçədə yerləşən yaşayış binalarının qazla təmininə başlanması planlaşdırılır. Sakinlərə Xidmət Departamentinin rəhbəri Eldar Abdullayev AAAF TV-yə müsahibəsində kompleksin yaşayış binalarında gedən qazlaşma prosesinə diqqəti çəkib, iki həftədir davam edən işlərin sürətləndiyini vurğulayıb. Eldar bəyin sözlərinə görə, bu ilin sonuna qədər AAAF Park Yaşayış Kompleksin əksər binaları qazla təmin olunacaqdır.

SHARE