AAAF Parkda binaların internetlə təmin olunması sürətlə davam edir

Ötən ilin noyabr ayından “AAAF Park”da fəaliyyətə başlayan “Fibernet” şirkəti binaların internetlə təmin olunmasını sürətli şəkildə həyata keçirir. Şirkətin direktor müavini İltimas Nəbiyev artıq 1, 2, 3, 12, 21, 22 və 23 saylı küçələr üzrə bütün binalarnın internetlə təmin olunduğunu və 24 saylı küçədə işlərin davam etdiyini bildirib.

Üstəlik, Yaşayış Kompleksimizdə “İP Televiziya” xidməti də fəaliyyət göstərir. Bu xidmətlə siz 1 paketdə 100 xarici və 11 Azərbaycan kanalını izləmək imkanı qazanırsız. Bundan başqa VoİP Telefonlaşma sistemininin avadanlıqları da artıq quraşdırılmağa başlanılıb və aprel ayının sonuna kimi sakinlər telefon xidmətlərindən yararlana biləcəklər.

Əlavə edək ki, artıq 100-ə yaxın internet xidmətindən istifadə edən abonent var.

SHARE