AAAF Parkda baş verənlərlə bağlı dəfələrlə aidiyyatı qurumlara və ölkə rəhbərliyinə məlumatlar vermişik!

AAAF Parkın problemləri ilə bağlı şirkət olaraq özümüz öncədən də dövlət rəhbərliyinə, müvafiq qurumlara dəfələrlə müraciət etmiş, məlumat vermişik. Həm ölkə rəhbərliyi, həm də həmin aidiyyatı qurumlar problemlərin gerçək səbəblərindən xəbərdardırlar. Bu səbəbdən də vətəndaşların yersiz və məntiqsiz müraciətlərini biz normal qarşılayırıq. Sadəcə və sadəcə, əsassız olduğunu vurğulayırıq.
Biz daxili problemlərimizi, onların səbəblərini hər kəsə bildirmişik və hazırda onların aradan qaldırılması üçün intensiv fəaliyyət göstəririk. Onu da qeyd etmək vacibdir ki, vətəndaşların böyük bir qismi nə sayğac, nə də istifadə etdikləri istilik və qaz üçün borclarını ödəməyiblər. Bu barədə də aidiyyatı qurumlara məlumat vermişik. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Ona görə də bu cür əsassız müraciətlər bizi heç cür narahat etmir. Qapılarımız hər kəsin üzünə açıqdır və daxildə baş verən problemləri araşdırmaq istəyənlər buyurub gələ, fəaliyyətlərini həyata keçirə bilərlər. Son olaraq, bir daha bildiririk ki, baş verənlər barədə dövlətimizin aidyyatı qurumları xəbərdardırlar”.
SHARE