AAAF Parkda “Bakı-2015” Birinci Avropa Oyunlarının çalarları əks olunur


Bu gün Azərbaycan üçün tarixi bir gündür!

“Bakı-2015” Birinci Avropa Oyunları ölkəmizin dünyaya tanıdılması, müsbət imicinin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Bir çox innovativ idman növünü özündə cəmləşdirən Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Bakımızı Avropanın müasir və dinamik məkanına çevirib.

50 ölkədən 6000-dən çox yüksək dərəcəli idmançını bir araya gətirən, Avropa xalqlarını birləşdirən bu həyəcanlandırıcı və möhtəşəm idman bayramı AAAF Park Yaşayış Kompleksində də hiss olunur. İdmanla sadə həyatın ideal sintezi olan AAAF Parkın ərazisində “Bakı-2015” Birinci Avropa Oyunlarının əks etdirən atributlar, loqolar, stendlər vurulub. Bütün Park boyu Avropa Oyunlarının abu-havasını hiss etmək, bu idman bayramının nəfəsini duymaq mümkündür.

Mərkəzi bazası AAAF Park Yaşayış Kompleksi olan “Zirvə” Beynəlxalq İdman Klubunun iki idmançısının da iştirak edəcəyi “Bakı-2015” Birinci Avropa Oyunlarında bütün idmançılarımıza uğur diləyirik!

SHARE