AAAF Parkda “Asiya” qadın evi istifadəyə verilib

AAAF Park Yaşayış Kompleksİndə xanımlara məxsus bİr məkan İstİfadəyə verİlİb.

Orijinal quruluşa malik “Asiya” qadın evi xınayaxdı, banket, ad günü və digər xüsusi günlərin keçirilməsi üçün əlverişli şəraitə malikdir. Belə ki, ikimərtəbəli məkanın ikinci mərtəbəsi 75 nəfərlik banket zalıdır. Xına mərasimlərinin təşkili üçün məkandaxili xüsusi elementlərlə bəzənmiş guşə qurulub. Bundan əlavə, adi günlərdə də xanımlar öz vaxtlarını rahat şəkildə bu sakit məkanda keçirə bilər.

Qadınlara xas məkanın daha bir fərqli cəhəti – sərfəli qiymətləri ilə diqqət çəkən menyusudur. Müxtəlif isti yeməklər, soyuq qəlyənaltılar, cürbəcür salatlar və ləziz şirniyyatlarlala yanaşı, pitsa, pide, lahmacun kimi sevilən məmulatlar da menyunun əsasını təşkil edir.
“Asiya” qadın evinin aşpazı Sevda Mehdizadə yeməklərin tərkibini də xüsusi qeyd edib. Belə ki, xanımlar üçün hazırlanan təamlarda təbii qidalardan istifadə olunur, qadınların görünüşünə və səhhətinə təsir edəcək əlavə qatqılara yer verilmir.

“Asiya” qadın evinin mühafizə xidməti də qadınlardan təşkil olunub. Məkanın ərazisinə daxil olan əks cinsin nümayəndələri məlumatlandırılır və qaydalara uyğun olaraq uzaqlaşma tələb olunur.

Sərfəli qiymət, yüksək servis, dadlı təamlar və özünəməxsus auraya malik “Asiya” qadın evi bütün xanımların xidmətindədir.

SHARE