AAAF Parkda ağır atletika üzrə seçmə mərhələ yarışları start götürdü

AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika üzrə Respublika yarışlarının 2-ci seçmə mərhələsi start götürüb. Burada Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər mübarizəyə qoşulublar. Yarışların əsas məqsədi regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

 

Yarışlar Xırdalandan sonra Lənkəran və Samux şəhərlərində keçiriləcək. Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, Samuxda isə Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Bildirək ki, mərhələ yarışları ildə 4 dəfə keçirilir.

 

SHARE