AAAF Parkda ağır atletika üzrə 3-cü seçmə mərhələ yarışları başladı

AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika üzrə Respublika yarışlarının 3-cü seçmə mərhələsi start götürüb. İlk olaraq Xırdalanda baş tutan yarışda Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər mübarizə aparırlar. Seçmə mərhələ yarışları daha sonra Lənkəran və Samuxda reallaşacaq.

Yarışda fərqlənən idmançılara diplom və medallar təqdim olunub. Bildirək ki, mərhələ yarışları ildə 4 dəfə keçirilir.

SHARE