AAAF Parkda abadlıq işləri davam etdirilir

AAAF Park hər gün inkişaf edir, hər kəsin rahat və xoş istirahəti üçün yeniliklər edilir. Kompleksdə abadlıq işləri ilə əlaqədar olaraq çiçəklər əkilir, yaşıllıqlar salınır, həmçinin yeni əyləncə mərkəzi inşa olunur.

AAAF Parkda “Asia” qadın evi də ən qısa müddətdə xanımların ixtiyarına veriləcək. Bu məkanda mühafizəçidən tutmuş müştərilərə qədər hər kəs qadın olacaq, yalnız zərif cinsin nümayəndələrinə giriş icazəsi veriləcək.

AAAF Park Yaşayış Kompleksi hər fəsil olduğu kimi yaz-yay aylarında da rahatlığınızın və istirahətinizin qayğısına qalaraq sizə xoş vaxt keçirməyə şərait yaradır. Asudə vaxtınızda bizi seçin, peşman olmayacaqsınız!

SHARE