AAAF Parkda 1 iyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd olundu

1 iyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə balaca balalar AAAF Park Yaşayış Kompleksinə gələrək xoş vaxt keçirib və zövq alıblar. Onlar “Limuland” uşaq və əyləncə mərkəzinin qapalı və açıq məkanlarında olan  oyun aparatları və müxtəlif aktraksionlardan istifadə edərək doyunca əyləniblər. Bundan başqa, uşaqlar rəqs etməyi və şəkil çəkdirməyi də unutmayıblar.

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə AAAF Park Yaşayış Kompleksində cizgi film qəhrəmanlarının iştirakı ilə retro maşınların paradı da olub. Maşınlar park ərazisini bir neçə dəfə dövrə vuraraq uşaqlara xoş anlar bəxş ediblər. Sonda uşaqlara şar hədiyyə olunub.

SHARE