AAAF Parkda 1 İyun  – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd olundu

Yüzlərlə balaca balalar bu gün AAAF Parka üz tutaraq xoş vaxt keçirib və xeyli əyləniblər. Uşaqlar “Limuland” Uşaq Əyləncə mərkəzinin qapalı və açıq məkanlarında olan oyun aparatları və müxtəlif aktraksionlardan istifadə edərək günlərini rəngarəng keçiriblər. Sevinclərinin həddi-hüdudu olmayan uşaqları AAAF Parkda cizgi film qəhrəmanları da qarşılayıb. Onlar uşaqlarla şəkil çəkdirərək parkı gəziblər, maşın sürüblər və balacalara hədiyyələr təqdim ediblər.

Bildirək ki, bayram ab-havası AAAF Parkda günboyu davam edib. Uşaqlar həm “Limuland” Uşaq Əyləncə Mərkəzinin, həm də “Limuforest” İstirahət Mərkəzinin bütün oyun aparatları və atraksionlarında əylənərək zövq alıblar.

SHARE