1 iyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə, AAAF Park İstirahət və Əyləncə Mərkəzində 3 saylı Xüsusi İnternat Məktəbinin danışma və eşitmə məhdudiyyətli şagirdləri üçün bayram tədbiri təşkil olundu. Sevinclərinin həddi-hüdudu olmayan uşaqları AAAF Parkda cizgi film qəhrəmanları qarşıladı. “Tom və Jerry”, “Mikki və Mini”, “Maşa və Ayı”, “Calio” və “Pepe” ilə uşaqlar şəkil çəkdirərək parkı gəzdilər, maşın sürdülər, “Limunand” Əyləncə Mərkəzinin bütün oyun atraksionlarında əyləndilər, “7D Cinema Mərkəzi”ndə isə baxdıqları filmin həyəcanını yaşadılar.
Uşaqların inkişafı, sağlam mühitdə böyüməsi və asudə vaxtlarını səmərəli keçirməsi üçün AAAF Park İstirahət və Əyləncə Mərkəzində bir çox imkanlar yaradılıb. Bu imkanlarla yanaşı, həm də sosial tədbirlərə ev sahibliyi edən kompleksimizdə mütəmadi olaraq fiziki məhdudiyyətli insanların əl işlərindən ibarət sərgilər təşkil olunur, konsertlər keçirilir.
Oxuduqları məktəbdə qazandıqları nailiyyətlərlə kifayətlənməyən fiziki məhdudiyyətli uşaqlar sosial aktiv fəaliyyətləri ilə cəmiyyətdə layiqli yerini tapmaq üçün bir çox tədbirlərdə iştirak edir, “İstedadli Əlillər” İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunan görüşlərdə istedadları ilə hər kəsi heyrətləndirməyi bacarırlar. AAAF Park rəhbərliyi adından söz verildi ki, bu kimi görüşlər tez-tez təşkil ediləcək, fiziki məhdudiyyətli uşaqların bacarıq və istedadlarının üzə çıxarılması yönündə mütəmadi olaraq yarışmalar, sosial layihələr, bayram təbdirləri təşkil olunacaqdır.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions