AAAF Park Yeni ilə tam hazırdır – VİDEO

Yeni il gəlir! Hamımızın ən kiçik yaşlarından böyük sevinc və həyəcanla gözlədiyi, Şaxta Baba və Qar qızın gətirəcəyi hədiyyələr üçün səbrsizləndiyi bu bayramın nəfəsini artıq çox yaxından hiss edirik. Hər tərəf rəngarəng bəzədilmiş şam ağacları, Yeni il atributları ilə doludur. Hamı bayramı gözləyir. Hamı hazırdır. Eynilə, AAAF Park kimi.

Yaşayış Kompleksimiz Yeni ili xüsusi istək və sevinclə qarşılayır. Parkımızın hər tərəfində, hər addımında bayram əhval-ruhiyyəsi var, sehrli ab-hava hökm sürür. Öz füsunkar gözəlliyinə bayram rənglərini də qatan AAAF Park Yeni ilə tam hazırdır.

İlk imkandaca qonağımız olun. Bu, böyük bayramı bizimlə birlikdə yaşayın!

SHARE