AAAF Park Yaşayış Kompleksində yeni su hövzəsi tikilir

AAAF Park Yaşayış Kompleksində binaların tikintisi sürətlə davam edir. Bundan əlavə binalara qaz və su xətləri çəkilir, küçələr asfaltlanır, ərazilər təmizlənir. Kompleksdə olan son yenilik isə yeni su hövzəsinin tikilməsidir.

Uzunluğu 30, eni 11m olan su hövzəsinin tutumu 1000 kub metr olacaq. Yeni hövzə A və B Kompleksləri, həmçinin 26 saylı küçədə yerləşən binaları su ilə təmin edəcək.

İş icraçısı Vahid Baxşəliyev AAAF TV-yə açıqlamasında işlərin 15 günə yekunlaşacağını bildirib.

SHARE