AAAF Park Yaşayış Kompleksində yeni dəyişiklik

AAAF Park Yayşayış Kompleksində İnzibati İdarəetmə Mərkəzi yaradıldı.

AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında yeni qurumun yaradılması ilə bağlı təqdimat keçirilib. AAAF Parkın təsisçisi Tofiq Heydərovun rəhbərliyi ilə təşkil olunan iclasda Kompleksdə fəaliyyət göstərən bütün bölmə və qurumların təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Tofiq Heydərov AAAF Parkda görülən işlər barədə məlumat verib, perspektiv plan və fikirlərini açıqlayıb. O bildirib ki, “Kompleksin qarşılaşdığı problemlər mərhələli şəkildə həll olunur. Ancaq eyni zamanda ortaya çıxan və mövcüd çətinliklərin aradan qaldırılması, sakinlərin rifahının yüksəldilməsi üçün yeni idarəetmə sisteminə ehtiyac var. Onun qurulması xüsusi bir quruma həvalə edilməlidir. Əsasən, AAAF Parkın problemlərinin həlli, yeni kart sisteminin tətbiqi, sakinlərlə iş, əraziyə xidmət və digər bu kimi işlərin görülməsi böyük əhəmiyyət daşıyır. Ona görə də biz yeni – AAAF Park Yaşayış Kompleksinin İnzibati İdaretmə Mərkəzinin yaradılmasına qərar verdik. Bu Mərkəzə Ramil Ağayev rəhbərlik edəcək. Ona işlərində uğurlar arzulayırıq”.

AAAF Park Yayşayış Kompleksində İnzibati İdarəetmə Mərkəzinin direktor vəzifəsinə təyin olunan Ramil Ağayev Valeh oğlu;

– Ali təhsilli hüquqşunasdır. Dövlət strukturlarında 10 ildən artıq rəhbər vəzifəsində çalışmış, işlədiyi strukturlarda böyük nüfuza sahibdir.

Rəhbər Ramil Ağayevlə yanaşı, qurumun digər əməkdaşları da kollektivə təqdim edilib. Yaxın günlərdə bu Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat veriləcək.

SHARE