AAAF Park Yaşayış Kompleksində yay mövsümünün gəlməsi ilə tikinti işləri daha da sürətlənib. Kompleksdə tikintisi davam edən binalarda iki növbəli iş rejimi yaradılıb. İş icraçısı Hatəm Rəfiyev əməkdaşımıza açıqlamasında binaların tikintisi üçün lazım olan bütün material və avadanlıqların olduğunu, işçi qüvvəsinin də sürətlə çalışdığını qeyd edib. Rəfiyev küçələr üzrə gedən tikinti işlərindən danışarkən 25 saylı küçədə yerləşən 2, 4 saylı binaların avqustun ortalarına, 6, 8, 10 saylı binaların avqustun axırına 1, 3, 9 saylı binaların isə yay ayının sonlarına sakinlərə təmir üçün təhvil veriləcəyini deyib.
Bundan əlavə 28 saylı küçədə inşa olunan 1-ci binada 6-cı, 2-ci binada 3-cü, 6-cı binada 1-ci, 7-ci binada 6-cı, 8-ci binada 8-ci və 4 saylı binada bünövrə tavasının dəmir qəlib işləri görülür. Küçədə yerləşən 5 saylı binanın “sıfır” səviyyəsinin betonlanma işləri də davam edir.
29 saylı küçədə yerləşən 5-ci binada “sıfır” səviyyəsinin, 8-ci binada isə 1-ci mərtəbənin qəlib işlərinə başlanılıb. 6-cı binanın bünövrə qatının qazıntısına da start verilib və yaxın günlərdə betonlanma işləri görüləcək.
Kompleksdə tikintisi sürətlə davam edən küçələrdən biri də 19 saylıdır. Küçədə C binasının 1-ci mərtəbəsində dəmir qəlib işləri yekunlaşıb və yaxın günlərdə beton qatı töküləcək. B binasında hazırda “sıfır” səviyyəsinin qəlibi yığılır. D binasının da təməlinin qazıntısına başlanılıb və qazıntı işləri yekunlaşdıqdan sonra A binasının təməli qazılacaq.
27 saylı küçədə inşa olunan 9 mərtəbəli binada sonuncu mərtəbənin beton qatı töküləcək, paralel olaraq binada hörgü və suvaq işləri də görülür.
17 saylı küçədə isə A və C bloklarında 10-cu mərtəbənin betonlama işləri görülür. Avqust ayının əvvəllərinə küçədə yerləşən binaların dam örtüyünün bağlanmasına start veriləcək.