AAAF Park Yaşayış Kompleksində su problemi kökündən həll olundu

AAAF Park Yaşayış Kompleksi çoxfunksiyalı, dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, modern, təkrarolunmaz bir layihədir. Sağlam həyat tərzi ilə adi həyatın ideal sintezinin yaradıldığı bu məkanda sakinlərin rahatlığı, onların bütün çətinliklərinin həlli daima şirkətimizin əsas vəzifələrdən biri olub. Bu barədə kommunal xidmətlər, əhalinin elektrik enerjisi, qaz və su ilə təminatındakı fasiləsizlik həmişə ön planda hesab edilib, bu istiqamətdə bütün çalışmalar ən yüksək səviyyədə aparılıb.
Bu baxımdan AAAF Park Yaşayış Kompleksinin su ilə təminatı xüsusi əhəmiyyət daşıyıb. Əhalinin ilkin ehtiyaclarından olan suyun verilişinin təmini üçün şirkət olaraq yetərincə böyük sərmayə yatırmış, mütəmadi olaraq təmir işləri aparmış, mövcud və yeni xətləri yeniləmiş, işçi personalı, mütəxəssislərin cəlbi üçün müvafiq addımlar atmış, böyük səy göstərilmişdir. Bu əməyin nəticəsi olaraq hazırda AAAF Park Yaşayış Kompleksinin su problemi kökündən həll olunmuşdur.
Kompleksə verilən suyun ana xəttinin cəmi 32 mm-lik diametrə malik olması təminat məsələlərində çətinlik yaratdığından bu borular dəyişdirilərək 100 mm-lik borularla əvəz edilib. Bunun nəticəsində sakinlərin su təminatındakı fasilələr aradan qaldırıb. Ərazidəki üçü 450, biri 600, ikisi isə 900 tonluq olmaqla 6 su ehtiyat çənində təmizlik və yeniləmə işləri aparılıb. Parka 5 istiqamətdən gələn suyun ötürülməsi üçün 6 nasosxana istifadəyə verilib. Suyun təzyiqi 6 atmosferə çatdırılıb ki, bu da suyun 60 metrə qədər hündürlüyə vurulması üçün bütün imkanları yaradır. Hazırda əhaliyə saatda 220 min kubmetr su verilir ki, bu da Kompleksin bütün su ehtiyacını ödəmək üçün yetərli rəqəmdir.

SHARE