AAAF Park Uşaq Akademiyasının 5 üzvü diploma layiq görüldü

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Mənim Yay Tətilim – 2017” Respublika Uşaq Rəsm müsabiqəsinin yekun sərgisi keçirilib.

130-dan çox rəsm işinin nümayiş olunduğu sərgidə AAAF Park nəzdində fəaliyyət göstərən Uşaq Akademiyası hazırlıq kursunun üzvləri də iştirak edib. Sevindirici haldır ki, Akademiyanın hazırlıq kursunun 5 üzvü – Sara Əliyeva, İsmayil Əhmədov, Nuray Kamilova, Şəfiqə Nəhmətzadə və Aytən Səlimli bu sərgidə diplomlara layiq görülüblər.

Qeyd edək ki, Uşaq Akademiyası hazırlıq kursu qarşıda daha bir neçə sərgidə iştirak etməyi planlaşdırır.

SHARE