“AAAF Park” siqaretə “Yox” deyir!

Bildiyiniz kimi, “AAAF Park” rəhbərliyi tərəfindən “AAAF Park Yaşayış Kompleksi”nin ərazisində siqaret çəkilməsinə qadağa qoyulub. Bizim məkan unikal idman mərkəzidir. Biz insanların sağlam həyat sürməsinin tərəfdarıyıq. Ona görə də siqaret kimi zərərli vasitəyə qarşı çıxırıq.

Kompleksimizdə həm girişdə, həm də bütün ərazidə gəzərkən addımbaşı rast gəlinən “Siqaret çəkmək qəti qadağandır” yazısı da buna xidmət edir. Xüsusi mühafizə sisteminin əməkdaşları siqaret çəkən şəxslərə yaxınlaşaraq bu ərazidə siqaretdən istifadə etməyin yasaq olduğunu bildirir. Bu da səbəbsiz deyil. Biz, bunu məhz sizi düşünərək edirik.

Siqaret insan orqanizmi üçün çox təhlükəli olub, tütün bitkisinin qurudulmuş yarpaqlarından (Nicotina) hazırlanır. Siqaretin tüstüsündə 4000-ə qədər kimyəvi maddə mövcuddur ki, bunların da insan orqanizminə faydası yox, əksinə zərəri çoxdur. Bunlardan ən zərərli olanları isə nikotin, qətran, karbon monoksit (CO) və xərçəng yarada bilən kanserogen maddələridir.

Nikotin zəhərli maddə olan sianitlə müqayisə ediləcək dərəcədə təsirlidir

100-120 mq miqdarında nikotin insanın damarına vurularsa, bu həmin şəxsin ölümünə səbəb ola bilər. 2 qutu siqaretdə də 100-120 mq nikotin mövcuddur. Gündə 2 qutu siqaret çəkən adamın ölmə şansı daha çoxdur. Bütün siqaret çəkənlər yavaş-yavaş zəhərlənirlər. Sadəcə, siqareti yandırarkən ondakı nikotin havaya yayılır, lakin onun müəyyən bir hissəsi insan orqanizminə keçir.

Bununla yanaşı, siqaret iştahı pozur, həzm prosesini çətinləşdirir, dişləri saraldır, mədə yarasına, dodaq, dil və yemək borusu xərcənginin yaranmasına, xroniki bronxitə və emfizemaya, beyni qidalandıran damar divarlarının elaskitliyinin azalmasına səbəb olur, öskürək və bəlğəm, qol və qıc damarlarında tıxanmalar əmələ gətirir. Ağ ciyər və qırtlaq xərcəngləri ən çox siqaret çəkənlər arasında müşahidə olunur.

“AAAF Park” ərazisində də məhz sizin sağlamlığınız düşünülür. Biz həmişə inanmışıq ki, “Sağlam bədəndə, sağlam ruh olar”. Kompleksimizin ərazisində bunun üçün bütün imkanlar var. Yaşıllıq, müxtəlif əyləncə mərkəzləri, çox növ idmanlar üçün məşq zalları, basseyn, Fitness Mərkəzi və başqa vasitələrdən yararlanıb həm vaxtınızı səmərəli keçirə, həm də həyatınızı uzada bilərsiniz.

Gəlin, siqaretə birlikdə “YOX” deyək!

SHARE