AAAF Park – şəhərin təbiətlə sintez olunduğu məkan

AAAF Park təbiətlə həmahəng, ekoloji cəhətdən təmiz məkandır. İnsanların sağlamlığı və istirahəti üçün maksimum şəraitin yaradıldığı bu Kompleks görənlərin diqqətini özünə cəlb etməkdə davam edir.

Ötən həftə AAAF Parka yeni bəyaz tovuzquşular gətirilib və onlar üçün kompleks daxilində geniş qəfəs tikilib. Yaxın günlərdə yeni quş növlərinin gətirilməsi nəzərdə tutulub. Təbiətin canlı ünsürləri olan dekorativ ev və çöl quşları da AAAF Parkın daimi sakininə çevrilib. Kompleksdə qırqovul, göyərçin, Yaponiyada milli xəzinə sayılan yapon xoruzu, yapon toyuğu, firəng toyuğu və başqa quşların yaşayışı və baxımı üçün hər cür şərait yaradılıb.

Kompleksin yaraşığı isə lələkləri “gözcük”lərlə bəzənmiş al-əlvan Yava tovuzquşudur. Quşların səsi, təmiz hava və bir çox başqa amillər sizin və ailənizin burada maraqlı və xoş anlar yaşayaraq, rahat istirahət etməyinizə şərait yaradacaq. Təbiətin nəfəsini AAAF Parkda duyun!

SHARE