AAAF Park sakinlərini sevindirməyə davam edir

AAAF Park Yaşayış Kompleksində qışa hazırlıq mərhələsi tam sürətlə davam edir. Bu dəfə kompleksin 24 saylı küçəsində yerləşən binalar mavi yanacaqla təmin olunub. Mənzillərdə quraşdırılan Azəriqaz Smart sayğacları yoxlanıb, qaz boruları nəzərdən keçirilib. 24 saylı küçənin sakinləri qış öncəsi atılan müsbət addımlardan razılığını bildirib, onlar sevincini AAAF TV ilə bölüşüb. Nəzərinizə çatdıraq ki, AAAF Parkda binaların qazla təmin olunması sistemli və mərhələli şəkildə, tam sürətlə davam edir.

SHARE