AAAF Park sakinlərini sevindirdi

AAAF Holdinqin qışa hazırlıq çərçivəsində gördüyü binaların mavi qazla təmin olunma prosesi tam sürətlə davam edir. Kompleksin 2 və 3 saylı küçəsində yerləşən 5 bina artıq tam şəkildə qazlaşdırılıb. “Azəriqaz” nümayəndələri qeyd edilən binaların mənzillərdəki qaz xətlərinə baxış keçirərək sayğacları möhürləyib. Sakinlərə Xidmət Departamentinin nümayəndəsi Cəlal Nəsirov son bir neçə gündə binaların qazla təmin olunması barədə danışıb, növbəti mərhələdə qazlaşacaq binaları da qeyd edib.

Qışa hazırlıq prosesinin davamı olaraq görülən işlər sakinlərin də ürəyincə olub, qış başlamadan mənzillərdə mavi qazın verilməsi onları sevindirib.

Qeyd edək ki, hal hazırda kompleksdə binaların qazla təmin olunması davam edir.

SHARE