AAAF Park sakinlərinə çıxarışların verilməsi başlandı!

AAAF Park Yaşayış Kompleksində mənzil alan sakinlərə çıxarışların (“kupça”) verilməsi prosesi başlayıb. Sənədləşmə prosesi böyük çətinlik və maneələrlə müşahidə olunsa da, nəticə müsbətdir. Sakinlərə çoxdandır gözlədikləri şad xəbəri verə bilərik.

İlk olaraq, 24 saylı küçədəki binaların sahib və sakinlərinə müvafiq sənədlər təqdim olunacaq. 400 ailə öz çıxarışını əldə edəndən sonra digər küçələrdəki mənzillərin sənədləşməsi davam etdiriləcək.

AAAF Park Yaşayış Kompleksinin təsisçisi Tofiq Heydərov çıxarışların təqdimi barədə bu fikirləri söyləyib: “Bu günü AAAF ailəsi uzun müddət xüsusi bir gün kimi qeyd edəcəkdir. 2012-ci ildən aparılan mübarizədə səbr və iradə nümayişi ədalətin hər zaman zəfər çalacağına bizləri əmin etdi. Nəhayət, sakinlərimizə çıxarışları təqdim edə bilərik. Tezliklə, 10 min ailə mənzil sahibi olduğunu bildirən sənədləri əldə edəcək. Qeyri-yaşayış obyektlərinin çıxarışları hazır olduğundan sahiblərinə satıla bilinəcək. Bununla da, Allahın köməkliyi ilə sakinlərimizin bütün problemləri tez bir zamanda həll yolunu tapa biləcək”.

AAAF Park dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, modern, təkrarolunmaz bir layihədir. Sağlam həyat tərzi ilə rahatlığın ideal sintezinin yaradıldığı bu məkan kiçik bir şəhər miqyasında bütün yaşayış imkanlarını özündə ehtiva edir. Bu kompleks ötən illərdə genişlənərək modern yaşayış massivinə çevrilib. Təbii ki, layihənin bu cür uğurlu alınmasında təqdim edilən mənzillərin və xidmətlərin insanlar tərəfindən yüksək şəkildə qiymətləndirilməsi öz sözünü deyir.

 

SHARE