AAAF Park sakinlərinə Azəriqaz Smart kartları paylandı

Qış mövsümünə keçidlə əlaqədar AAAF Park Yaşayış Kompleksində qazlaşma işləri sürətləndirilib. Belə ki, 3 saylı küçədə 5 bina, 22 saylı küçədə isə 8 bina tam şəkildə mavi yanacaqla təmin olunub, mənzilllərdə smart tipli qaz sayğacları quraşdırılıb, sakinlərin Azəriqaz smart kartları təhvil verilib. Sakinlərə Xidmət Departamentinin əməkdaşı Mirelvin Allahyarlı AAAF TV-yə müsahibəsində smart kartların təhvili barədə söhbət açıb, yeni qazlaşdırılan binaları vurğulayıb. Sakinlərə Xidmət Departamentinin əməkdaşı bu ilin sonuna qədər kompleks daxilində qazlaşma işlərinin yekunlaşmasının planlaşdırıldığını bildirib.

SHARE