Gürcüstanın paytaxtı Tiflis şəhərində ağır atletika üzrə gənclər arasında 42-ci kişilər və 22-ci qadınlar arasında dünya çempionatı keçirilir. 40 ölkədən 250 idmançının (110 qadın və 140 kişi) iştirak etdiyi bu yarışda mərkəzi bazası AAAF Park Yaşayış Kompleksi olan “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də çıxış edirlər. Artıq onların böyük uğurlarına da sevinirik.
94 kq çəki dərəcəsində iki təmsilçimiz körpücük üzərinə çıxıb. “Tbilisi-Zirvə”dən İrakli Çxeidze birdən qaldırma hərəkətində 150, təkanla qaldırmada isə 186 kq-ı ram edə bilib. Toplamda 336 kq (150+186) nəticə ilə atletimizi dünya çempionatında 5-ci yeri tutub. Bu çəkidəki digər təmsilçimiz isə fərqli nəticə göstərib. “Jidaçiv-Zirvə” nümayəndəsi olan Volodimir Hoza üçün yarış uğursuz başlayıb. Ukraynalı atlet birdən qaldırma hərəkətində sıfır nəticə göstərib. Ancaq ruhdan düşməyən Volodimir, təkanla qaldırma hərəkətində əla çıxış edib. Hoza 204 kq-lıq ştanqı başı üzərinə qaldıraraq bu hərəkətdə dünya çempionu adını qazanıb!
“Zirvə” Beynəlxalq İdman Klubunun Kubok və Çempionat yarışlarının dəfələrlə iştirakçısı və qalibi olmuş Giorgi Çxeidze isə öz ölkəsində keçirilən dünya çempionatında 105 kq çəki dərəcəsində mübarizə aparıb. 19 yaşlı “Tbilisi-Zirvə” təmsilçisi birdən qaldırma hərəkətində 172, təkanla lqaldırmada isə 207 kq nəticə götərib. Toplam 379 kq (172+207) ona gənclər arasında dünya çempionatının qızıl medalını qazanmaq və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq ordan qələbəni bayram etmək imkanı verib.
Həm Volodimir Hoza, həm də Giorgi Çxeidze AAAF Park sakinidir. Hər iki idmançımızı, onlaırn məşqçilərini, qələbədələrində əməyi olan hər kəsi təbrik edir, daha böyük yarışlarda uğurlar qazanmalarını arzulayırıq!