AAAF Park sakinləri beynəlxalq yarışda qələbə qazandılar

2-8 sentyabr 2016-cı il tarixlərində İordaniyanın paytaxtı Amman şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı keçiriləcək. Yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri ilə də çıxış edirlər. Onların içərisində AAAF Park Yaşayış Kompleksinin sakinləri də var.

Qadınların yarışında 25 saylı küçə sakini Anastasiya İbrahimli 69 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 90 kq, təkanla qaldırma hərəkətində 118 kq-ı ram edib. “Xırdalan-Zirvə” təmsilçisi hər iki hərəkətdə 2-ci yeri tutub. Anastasiya toplam 208 kq (90+118) nəticə göstərərək yekun sıralamada gümüş medala sahib çıxıb. Fəxri kürsünün ikinci pilləsində yer alan İbrahimli, millimizin bayrağını qaldırıb.

21 saylı küçə sakini Mərziyyə Məhərəmova isə 48 kq çəki dərəcəsində mübarizəyə qoşulub. “Goranboy-Zirvə” atleti birdən qaldırma hərəkətində 66 kq çəkinin öhdəsindən gəlib və türkiyəli rəqibi, Aropa çempionu Şaziye Erdoğandan sonra ikinci olub. Əvəzində Məhərrəmova təkanla qaldırma hərəkətində 82 kq nəticə edib və rəqibini məhz 2 kq üstələyib, bu hərəkətdə qalib olub. Sakinimiz toplam 148 kq (66+82) nəticə ilə yekun sıralamada da qızıl medala sahib çıxıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışda sakinlərimizin 1 qızıl və 1 gümüş medal qazanması AAAF Park olaraq bizləri sevindirir. Bu uğuru qazanan idmançıları, onların məşqçiləri, əməyi keçən hər kəsi təbrik edir, qələbələrin davamlı olmasını arzulayırıq!

Əhsən, qızlar!

SHARE