AAAF Park sakinlərə Ramazan hədiyyəsi etdi

“AAAF Holdinq”in prezidenti Tofiq Heydərov Ramazan Bayramı münasibətilə AAAF Park sakinlərinə təbrik məktubu ünvanlayıb. Məktub Sakinlərə Xidmət Departamenti əməkdaşları vasitəsilə mənzillərə çatdırılıb. Bundan başqa, sakinlərə Yaşayış Kompleksində yerləşən idman avadanlıqlardan, qapalı və açıq əyləncə məkanlarından istifadə üçün hədiyyə kubonları təqdim olunub.Sakinlər bu diqqəti yüksək dəyərləndirib, hədiyyəyə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, AAAF Park Yaşayış Kompleksində bu cür tədbirlər artıq ənənəvi olaraq təşkil olunur.

SHARE